Niderland millisi Serbiya ilə ilk dəfə rəsmi oyunda qarşılaşacaq

27 Sentyabr 2026 12:51
64
Niderland millisi Serbiya ilə ilk dəfə rəsmi oyunda qarşılaşacaq

Niderland агеищд millisi UEFA Millətlər Liqasında Serbiya ilə qarşılaşmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, komandalar tarixdə ilk dəfə rəsmi milli oyun çərçivəsində üz-üzə gələcəklər. Niderland daha əvvəl Serbiya və Monteneqro, eləcə də Yuqoslaviya ilə qarşılaşıb, lakin müstəqil Serbiya yığmasına qarşı rəsmi matç keçirməyib.

Tərəflərin sələf komandaları arasında son görüş 2006-cı il dünya çempionatında olub. Həmin vaxt Niderland Serbiya və Monteneqronu Aryen Robbenin qolu ilə 1:0 hesabı ilə məğlub edib. 2000-ci il Avropa çempionatının 1/4 finalında isə “narıncılar” Yuqoslaviyaya 6:1 hesabı ilə qalib gəliblər.

Serbiya Niderland millisinin tarixində qarşılaşacağı 95-ci fərqli rəqib olacaq. Görüş Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək. Matçı polşalı hakim Şimon Marçinyak idarə edəcək. Niderland millisi onun idarə etdiyi əvvəlki dörd oyunda qələbə qazana bilməyib.

Qarşılaşma Vircil van Deyk üçün də əlamətdar ola bilər. Niderland millisinin kapitanı yığmada indiyədək 97 oyun keçirib. O, 100 oyun həddinə çatsa, bunu bacaran 11-ci niderlandlı futbolçu olacaq.

Kodi Qakpo da milli komandada bombardirlər siyahısında irəliləmək imkanı qazanacaq. Hücumçu hazırda 25 qolla Rafael van der Vartla eyni göstəriciyə malikdir.

İdman.Biz