“Yuventus” uduzub, “Milan” fərqi artırıb

Xəbərlər
31 Mart 2024 01:46
254
“Yuventus” uduzub, “Milan” fərqi artırıb

Bu gün İtaliya A Seriyasında 5 oyun baş tutub.

İdman.biz xəbər verir ki, “Yuventus”un qələbəsiz oyunlar seriyası 4-ə yüksəlib.

“Qoca Sinyora” səfərdə “Latsio”ya 0:1 hesabı ilə uduzub. İqor Tudorun Roma klubunda baş məşqçi kimi debütü uğurlu alınıb. Meydan sahibləri əsas vaxta əlavə olunmuş dəqiqələrdə qələbə topunu vurublar.

“Milan” səfərdə “Fiorentina”ya 2:1 hesabı qalib gəlib. Bu qələbədən sonra xalını 65-ə yüksəldən “rossoneyerilər” 2-ci pillədəki mövqelərini möhkəmlədiblər. “Yuventus” 59 xalla 3-cüdür.

Son çempion "Napoli" öz meydanında "Atalanta"ya 0:3 hesabı ilə məğlub olub.

İtaliya A Seriyası
30-cu tur

“Napoli” – “Atalanta” – 0:3
“Cenoa” – “Frozinone” – 1:1
“Torino” – “Montsa” – 1:0
“Latsio” – “Yuventus” – 1:0
“Fiorentina” – “Milan” – 1:2

İdman.biz