İspaniyanın “Real Madrid” futbol komandası La Liqa derbisində “Atletiko” ilə qarşılaşmadan əvvəl arzuolunmaz vəziyyətlə üzləşib.
İdman.Biz xəbər verir ki, “Real Madrid”in start heyəti stadionda elan olunarkən meydan sahiblərinin azarkeşləri Vinisius, Kilian Mbappe və Joze Mourinyonun adlarını fit səsləri ilə qarşılayıblar.
Xüsusilə bu üç ada qarşı tribunaların reaksiyası daha kəskin olub. Madrid derbisi öncəsi atmosferin gərginliyi futbolçular meydana çıxmamışdan əvvəl özünü göstərib.
Qeyd edək ki, görüş “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
