“Liverpul”da yeni idman direktoru - Riçard Hyuz

Xəbərlər
20 Mart 2024 18:41
113
“Liverpul”da yeni idman direktoru - Riçard Hyuz

“Liverpul”un yeni idman direktorunun adı rəsmən açıqlanıb.

İdman.biz xəbər verir ki, bu vəzifəyə Riçard Hyuz təyin olunub.

Onu təyinatı kluba nəzarət edən “Fenway Sports Group”un futbol sahəsi üzrə baş direktoru Maykl Edvards tərəfindən həyata keçirilib. 44 yaşlı mütəxəssis 10 il “Bornmut”da bu vəzifəni tutub. O, “Liverpul”un unikal klub olduğunu və bu təklifi aldığı üçün böyük qürur keçirdiyini bildirib.

Qeyd edək ki, “Liverpul” Premyer Liqasının 2023/2024 mövsümündə 28 turdan sonra 64 xalla 2-ci pillədə qərarlaşıb.

İdman.biz