İngiltərədə 4 liqada qol vuran ilk oyunçu – Lyuk Berri

Xəbərlər
16 Mart 2024 22:47
194
İngiltərədə 4 liqada qol vuran ilk oyunçu – Lyuk Berri

“Luton”un yarımmüdafiəçisi Lyuk Berri İngiltərədə unikal göstəriciyə imza atıb.

İdman.biz xəbər verir ki, o, İngiltərə Premyer, Çempionşip, 1-ci və 2-ci Liqalarında fərqlənən ilk futbolçu olub.

Berri Premyer Liqanın 29-cu turunda “Nottingem Forest”lə qarşılaşmada mövsümdə ilk qolunu vurub. 31 yaşlı futbolçu 2017/2018 mövsümündən “Luton”da çıxış edir və komanda ilə 4 liqada fərqlənərək, tarixə düşməyi bacarıb.

Qeyd edək ki, Berri hazırki mövsümdə 12 oyunda 1 qol vurub, 2 ötürmə edib.

İdman.biz