Keyn rekordunu “Bavariya”da yeniləyib

Xəbərlər
16 Mart 2024 22:29
193
Keyn rekordunu “Bavariya”da yeniləyib

“Bavariya”nın forvardı Harri Keyn Almaniya Bundesliqasında keçirdiyi ilk mövsümdə qollarının sayını 31-ə çatdırıb.

İdman.biz xəbər verir ki, ingilis forvard Münhendə özünün rekordunu təzələyib.

O, “Darmştadt”la qarşılaşmada fərqlənərək, yeni uğura imza atıb. Keyn əvvəllər 2 dəfə bir mövsümdə 30 qol vurub. Harri buna İngiltərə Premyer Liqasında nail olub. Yayda 105 milyon qarşılığında “Bavariya”ya keçən hücumçu Almaniya çempionatında 31 qol, 12 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Keynin Münhen klubu ilə 2027-ci il iyunun sonuna kimi müqaviləsi var.

İdman.biz