Yamal La Liqada iki sevimli komandasını açıqladı

16 Sentyabr 2026 21:01
86
Yamal La Liqada iki sevimli komandasını açıqladı

İspaniya millisinin və “Barselona”nın futbolçusu Lamin Yamal La Liqada matçlarını izləməyi daha çox xoşladığı iki komandanın adını açıqlayıb.

İdman.Biz SPORT-a istinadən xəbər verir ki, gənc futbolçunun seçimi “Vilyarreal” və “Betis” olub. Yamal bu komandaları niyə bəyəndiyini ətraflı izah etməyib. O, yalnız “Vilyarreal”la qarşılaşmağın meydanda həqiqətən maraqlı olduğunu qeyd edib.

Yamal karyerası ərzində “Betis”ə qarşı 7 oyun keçirib. Bu görüşlərdə 5 qələbə qazanan futbolçu məğlub olmayıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Vilyarreal”a qarşı isə 6 matçda 4 dəfə qələbə qazanıb, 2 dəfə isə məğlub olub. Bu oyunlarda 5 qol və 2 məhsuldar ötürmə edib.

İdman.Biz