De Dzerbi “Kristal Palas” üzərində qələbədən sonra narazı qaldığı məqamı açıqladı

1 Noyabr 2026 03:21
64
De Dzerbi “Kristal Palas” üzərində qələbədən sonra narazı qaldığı məqamı açıqladı

“Tottenhem”in baş məşqçisi Roberto De Dzerbi İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Kristal Palas” üzərində 2:0 hesablı qələbədən sonra futbolçularının çıxışından razı qaldığını bildirib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis komandasının oyuna nəzarət etdiyini və çoxsaylı qol imkanları yaratdığını vurğulayıb.

“Komandamızın çıxışından çox razıyam. Futbolçular yetkin oyun nümayiş etdirdilər və meydanda nə etmək istədiklərini yaxşı bilirdilər. Rəqibin əks-hücumlarına imkan vermədik, çoxlu qol vəziyyəti yaratdıq. Daha çox qol vura bilərdik.

Bu gün komandanın ən yaxşı cəhəti yetkin oyun göstərməsi idi. Futbolçular topdan necə istifadə etməli olduqlarını bilirdilər. Say üstünlüyümüz olsa da, lazımsız risklərə getmədik.

“Kristal Palas”ın oyun üslubu qırmızı vərəqədən sonra da dəyişmədi. Qarşılaşmadan əvvəl də çətin olacağını bilirdim. Sıx müdafiə olunan komandaya qarşı dar sahələrdə oynamaq asan deyil. Biz hələ oyunumuzu təkmilləşdiririk”.

Qeyd edək ki, “Tottenhem”in qollarını Arçi Qrey və Yan Paul van Hekke vurublar.

İdman.Biz