Ronaldu ilə bağlı gözlənilməz iddia: “Qışda gedəcək”

16 Sentyabr 2026 20:02
88
Ronaldu ilə bağlı gözlənilməz iddia: “Qışda gedəcək”

Səudiyyə Ərəbistanında Kriştianu Ronaldunun “Əl-Nəsr” futbol klubunu tərk edə biləcəyi ilə bağlı müzakirələr başlayıb.

İdman.Biz “The Nassr Tribune”ə istinadən xəbər verir ki, tanınmış səudiyyəli jurnalist Saud əl-Sərami ulduz futbolçunun cari mövsümün qış transfer pəncərəsində klubdan ayrıla biləcəyini bildirib.

“Kriştianu “Əl-Nəsr” üçün özünü tükətmiş futbolçuya çevrilib. Hesab edirəm ki, o, qış transfer pəncərəsində gedəcək”, – deyə əl-Sərami qeyd edib.

Bu iddialar “Əl-Nəsr”in Asiya Çempionlar Liqasında “Əl-Ayn”a 0:4 hesabı ilə ağır məğlub olmasından sonra səsləndirilib. Qarşılaşmadan sonra Ronaldu meydanı məyus halda tərk edib.

Qeyd edək ki, 41 yaşlı hücumçu 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir. Onun klubla mövcud müqaviləsi 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

İdman.Biz