“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasınıb dördüncü turunda “Mançester Yunayted”ə qarşı keçirilən matçda (1:0) Erlinq Holandın vurduğu qələbə qolu ətrafında yaranan hakim mübahisələrinə münasibət bildirib.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, mütəxəssis 2023-cü ildə “Mançester Siti”nin qapısına Brunu Fernandeşin vurduğu mübahisəli qolu xatırladıb.
“Bəzən bəxt sənin tərəfində olur, bəzən yox. Üç il əvvəl, mən həmçinin “Mançester Siti”də işləyəndə, oxşar situasiya “Mançester Yunayted”lə matçda baş vermişdi. Yadınızdadırsa, həmin qol qayda pozuntusu ilə qeydə alınmışdı. Düzünü desək, heç kim üzr istəmədi – biz hələ də onları gözləyirik”, – deyə Mareska deyib.
Qeyd edək ki, hakim korpusunun rəhbəri Hovard Uebb, daha sonra baş hakim Maykl Oliverin köməkçilərinin Holandın qələbə qolunun hesaba alınmasını tövsiyə edərkən səhvə yol verdiklərini etiraf edib.
