İspaniya Superkuboku tarixində ilk: İstanbul ev sahibi olacaq

16 Sentyabr 2026 20:16
88
İspaniya Superkuboku tarixində ilk: İstanbul ev sahibi olacaq

İspaniya Superkubokunun 2027-ci il oyunlarının cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, turnir tarixində ilk dəfə Türkiyənin İstanbul şəhərindəki “Atatürk” Olimpiya Stadionunda keçiriləcək.

Turnirdə “Barselona”, “Real Madrid”, “Real Sosyedad” və “Atletiko Madrid” iştirak edəcək.

Yarımfinal oyunları fevralın 2-də və 3-də, final qarşılaşması isə fevralın 7-də baş tutacaq.

Qeyd edək ki, turnir 2027-ci il fevralın 2-dən 7-dək təşkil olunacaq.

İdman.Biz