Fuentenin İspaniya millisindəki gələcəyi məlum oldu

16 Sentyabr 2026 20:33
99
Fuentenin İspaniya millisindəki gələcəyi məlum oldu

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Lusan milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Lusan “World Football Summit”də bildirib.

“Biz tarixin ən yaxşı milli komanda məşqçisinə sahibik, nəticələr özü hər şeyi deyir. Onun bizimlə daha bir neçə il qalması üçün şərtlərin razılaşdırılmasını yekunlaşdırırıq”, – deyə Lusan deyib.

De la Fuente 2022-ci ildən İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatının və 2026-cı il Dünya çempionatının qalibi olub. Həmçinin İspaniya millisi 2022/2023 mövsümündə UEFA Millətlər Liqasını qazanıb.

İdman.Biz