Qullitdən “Mançester Yunayted”lə bağlı sərt sözlər: “Hələ yox”

16 Sentyabr 2026 21:15
81
Qullitdən “Mançester Yunayted”lə bağlı sərt sözlər: “Hələ yox”

“Qızıl top”un keçmiş sahibi Rud Qullit “Mançester Yunayted”in bu mövsüm ciddi titullar uğrunda mübarizə apara bilməyəcəyini bildirib.

İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis komandanın heyət baxımından rəqiblərindən geri qaldığını düşünür.

“‘Mançester Yunayted’ bu il rəqabət apara bilməyəcək. Hələ yox. Düşünürəm ki, onların hələ də bir az sinfi çatışmır, çünki biz onların oyuna nəzarət etməyi bacarmadıqlarını görürük.

Ən əsası odur ki, ‘Mançester Yunayted’in bu mövsüm nümayiş etdirə biləcəyi tək şey səbirdir. Onların artıq Premyer Liqada ən yaxşı oyunçuları yoxdur”, – deyə Qullit “ComeOn”a müsahibəsində bildirib.

Qullit həmçinin ser Aleks Ferqyusonun “Mançester Yunayted”dən ayrılmasına toxunub. O, əfsanəvi məşqçinin klubda yaranacaq böhranı əvvəlcədən hiss etdiyini ehtimal edib.

“O, ağıllıdır. O, hər şeyin hara doğru getdiyini gördü və vaxtında tərk etdi. Onlar böhrandadırlar. Ferqyuson gedəndən bəri bu belədir, və məncə, o, nə etdiyini bilirdi”, – Qullit əlavə edib.

İdman.Biz