Superkompüter “Mançester Siti”ni ÇL-in favoriti sayır

Xəbərlər
15 Mart 2024 23:42
170
Superkompüter “Mançester Siti”ni ÇL-in favoriti sayır

“Mançester Siti” Çempionlar Liqasının 2023/2024 mövsümündə qələbəyə əsas namizəd sayılır.

İdman.biz xəbər verir ki, 1/4 finalın püşkatmasından sonra “Opta” bu barədə məlumat yayıb.

Superkompüter “Mançester Siti” turnirin aşkar favoriti hesab edib. “Şəhərlilər”in titulu qorumaq şansı 29,46 faiz dəyərləndirilib. PSJ-nin uğur qazanmaq imkanları 16,15 faiz, “Real”ın isə 13,06 faiz göstərilib.

1. “Mançester Siti” - 29,46
2. PSJ - 16,15
3. “Real” - 13,06
4. “Arsenal” - 10,92
5. “Bavariya” - 9,39
6. “Borusiyya” D – 7,86
7. “Barselona” - 7,11
8. “Atletiko” – 6,05

Qeyd edək ki, “Mançester Siti” 2022/2023 mövsümündə tarixində ilk dəfə ÇL kubokunu qazanıb.

İdman.biz