“Beşiktaş” Qaziantepdə xalsız qalıb

Xəbərlər
11 Mart 2024 23:51
150
“Beşiktaş” Qaziantepdə xalsız qalıb

Türkiyə Superliqasında 29-cu tura yekun vurulub.

İdman.biz xəbər verir ki, “Beşiktaş” səfərdə məğlub olub.

“Qara qartallar” “Qaziantep”ə 0:2 hesabı ilə uduzublar. “Beşiktaş” ardıcıl ikinci oyunda meydanı xalsız tərk edib.

İstanbul klubu 46 xalla 4-cü, “Qazantep” isə 31 xalla 15-ci pillədə qərarlaşıb.

Türkiyə Superliqası
29-cu tur

“Qaziantep” – “Beşiktaş” – 2:0

İdman.biz