“İnter”: 13 oyunluq qələbə seriyası

Xəbərlər
10 Mart 2024 00:21
263
“İnter”: 13 oyunluq qələbə seriyası

A Seriyasının lideri 28-ci turu qələbə ilə başa vurub.

İdman.biz xəbər verir ki, “İnter” səfərdə “Bolonya”ya qalib gəlib.

Görüşün taleyini bir qol həll edib. Yann Bissek 37-ci dəqiqədə qələbə topunun müəllifi olub. “İnter” bütün turnirlərdə ardıcıl 13-cü qələbəsini qazanıb. Simone İnzaginin yetirmələri sonuncu dəfə ötən il dekabrın 29-da uduzublar. “Bolonya”nın isə 6 oyunluq qələbə seriyası başa çatıb.

“İnter” 28 oyundan sonra 75 xal toplayıb. Milan klubu ən yaxın izləyicisi “Yuventus”u 18 xal qabaqlayır.

İtaliya A Seriyası
28-ci tur

“Kalyari” – “Salernitana” – 4:2
“Sassuolu” – “Frozinone” – 1:0
“Bolonya” – “İnter” – 0:1

İdman.biz