Almaniya futbol millisində Yurgen Klopp genişmiqyaslı rotasiyaya hazırlaşır.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis qarşıdakı dörd matç üçün ümumilikdə 44 futbolçu çağırıb və onları iki tamamilə fərqli heyətə bölüb.
Kloppun siyahısında 16 potensial debütantın olması xüsusilə diqqət çəkir. Onların arasında “Hoffenhaym”dan Maks Rozenfelder, “Maynts”dan Hennes Berens və “Köln”dən Said El Mala da var.
Baş məşqçi eyni zamanda təcrübəli simaları da diqqətdən kənarda qoymayıb. Mark-Andre ter Ştegen uzun fasilədən sonra milliyə qayıdıb. Camal Musiala, Yoşua Kimmix, Kay Haverts və Florian Virts də iki heyətin əsas simaları arasında yer alırlar.

Bunun əksinə, Leroy Sane və Deniz Undav kimi futbolçular 44 nəfərlik geniş siyahıya daxil edilməyiblər.
Klopp ilk heyətdən Niderland və Yunanıstana qarşı, ikinci heyətdən isə Serbiya və yenidən Yunanıstanla matçlarda istifadə edəcək. Bununla almaniyalı mütəxəssis qısa müddət ərzində mümkün qədər çox futbolçunu sınaqdan keçirməyi planlaşdırır.
Qeyd edək ki, Almaniya millisi 2026-cı il dünya çempionatındakı uğursuz çıxışdan sonra yeni mərhələyə başlayıb və Kloppun əsas məqsədi AVRO-2028 üçün komandanın nüvəsini formalaşdırmaqdır.
