“Çelsi”nin hesabatı: 105 milyon itki

Xəbərlər
7 Mart 2024 22:47
125
“Çelsi”nin hesabatı: 105 milyon itki

“Çelsi” 2022/2023 mövsümünün maliyyə hesabatını təqdim edib.

İdman.biz xəbər verir ki, Lindon klubunun itkiləri 105 milyon avro təşkil edib.

Bu, 2021/2022 mövsümə nisbətən 36 milyon avro azdır. İlk dəfə “Chelsea FC Holdings Limited” dövriyyəsi 500 milyon funtu ötüb. Ötən mövsümdə 481 milyon olan bu rəqəm 512 milyona yüksəlib. Klubun kommersiya gəlirləri 210 milyon funt olub.

Qeyd edək ki, “Çelsi” 26 turdan sonra 36 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.biz