“Mançester Siti” güzəştə getməyəcək

Xəbərlər
7 Mart 2024 20:41
94
“Mançester Siti” güzəştə getməyəcək

“Mançester Siti” Joao Kanselonun transfer qiymətində endirim etməyəcək.

İdman.biz xəbər verir ki, “Barselona” portuqaliyalı yarımmüdafiəçinin keçidində maraqlıdır.

İcarə əsasında Kataloniya klubunda çıxış edən Kanselo komandada qalmaq şansı qazanıb. “Barselona” 29 yaşlı futbolçunun icarə müddətini artırmaq və ya onun transferini həyata keçirmək istəyir. Amma “Mançester Siti”nin 40 milyon tələbi ispanları geri addım atmağa vadar edib.

Qeyd edək ki, Joaonun ingilis klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz