Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

9 Sentyabr 2026 02:28
89
Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

“Mançester Siti”nin futbolçusu Enso Fernandes Çempionlar Liqasının 2026/2027 mövsümünün ümumi mərhələsinin birinci turunda “Portu” üzərində 2:0 hesablı qələbədən sonra komandasının hücumçusu Erlinq Holand barədə danışıb.

İdman.Biz xəbər verir ki, Fernandes bu barədə sosial şəbəkə hesabında yazıb.

“Erlinq Holand vəhşi heyvandır, əsl vəhşi heyvan. Meydanda hər dəfə onu axtaracağam və qol ötürməsi verməyə çalışacağam. O, möhtəşəm oyunçu və insandır!”, – deyə Fernandes yazıb.

26 yaşlı norveçli futbolçu bu görüşdə dubl edib. Fernandes isə matçın ilk qolunda məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Holand Çempionlar Liqasının 59 matçında 59 qol vurub və yarışın bombardirlər siyahısında “Bavariya”nın keçmiş futbolçusu Tomas Mülleri (57 qol) qabaqlayıb.

Növbəti turda “Mançester Siti” oktyabrın 14-də PSJ ilə qarşılaşacaq.

İdman.Biz