Qabriel Jezus “Arsenal”da son günlərini belə xatırladı: “Birdən-birə tək qaldım”

9 Sentyabr 2026 01:57
75
Qabriel Jezus “Arsenal”da son günlərini belə xatırladı: “Birdən-birə tək qaldım”

Qabriel Jezus “Arsenal”dan “Barselona”ya keçməsindən qısa müddət əvvəl komandadan ayrı məşq etməli olduğunu bildirib.

İdman.Biz “Mirror”a istinadən xəbər verir ki, Braziliyalı hücumçu “Barselona”ya necə keçdiyinə aydınlıq gətirib.

“Həqiqət budur ki, mən məşq edirdim, bütün mövsümöncəsi hazırlığı “Arsenal”la keçirmişdim və artıq bilirdim ki, ehtimal ki, tez-tez oynamayacağam və ya o qədər də çox imkanım olmayacaq. Amma mənə heç kim heç nə demədi. Mən peşəkaram, təbii ki, qrupda məşq edirdim, sonra isə birdən-birə təkbaşına məşq etməyə başladım.

Yüksək səviyyədə oynamaq üçün yenidən şansım yaranacağı təqdirdə hazır olmaq üçün məşqlərdə hər şeyimi ortaya qoyurdum. Sonra, ötən həftə hər şey çox sürətlə baş verdi. Deku (“Barselona”nın idman direktoru) və klubun prezidenti zəng etdilər, agentim əla iş gördü. Göz qırpımında bura gəlmək imkanım yarandı, razılaşdım. Və mən indi buradayam”, – deyə Jezus deyib.

Qeyd edək ki, Qabriel Jezus bu yay “Arsenal”dan “Barselona”ya keçib.

İdman.Biz