Ukrayna ilə müharibə aparan Rusiya və ABŞ-la davam edən silahlı qarşıdurma şəraitində olan İran milli komandaları yoldaşlıq görüşündə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, Rusiya millisi sentyabrın 29-da Kazanda İranla yoldaşlıq oyunu keçirəcək.
Rusiya və Ukrayna arasında müharibə davam etdiyi, ABŞ-la İran arasında isə silahlı qarşıdurma şəraitinin hökm sürdüyü bir vaxtda iki ölkənin milli komandalarının futbol matçında üz-üzə gəlməsi diqqət çəkir.
Qeyd edək ki, Rusiya millisi 2022-ci ilin fevralından etibarən FIFA və UEFA-nın qərarı ilə beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Bu səbəbdən Rusiya yığması həmin vaxtdan yalnız yoldaşlıq oyunlarında iştirak edir.
