El-Klassiko, Liverpul və Bavariya: Avropa futbolunda bazar afişası

25 Oktyabr 2026 09:58
115
El-Klassiko, Liverpul və Bavariya: Avropa futbolunda bazar afişası

Futbol üzrə Avropanın aparıcı beş liqasında və Türkiyə Superliqasında 25 oktyabrda 24 oyun keçiriləcək. Günün əsas qarşılaşması İspaniya La Liqasında “Barselona” ilə “Real Madrid” arasında olacaq.

İdman.Biz xəbər verir ki, La Liqanın onuncu turunda “Barselona” 25 oktyabrda Madrid klubunu qəbul edəcək. El-Klassiko Bakı vaxtı ilə saat 23:59-da start götürəcək. Almaniya Bundesliqasında “Frayburq” yeddinci turun əsas oyununda “Bavariya”nı qəbul edəcək.

Bazar gününün afişası (Bakı vaxtı ilə):

İspaniya La Liqası, onuncu tur
17:00 “Atletik” - “Xetafe”
19:15 “Selta” - “Real Betis”
21:30 “Real Sosyedad” - “Levante”
23:59 “Barselona” - “Real Madrid”

İngiltərə Premyerliqası, səkkizinci tur
18:00 “Kristal Palas” - “Nyukasl Yunayted”
18:00 “Hall Siti” - “Brentford”
18:00 “Liverpul” - “Brayton”
18:00 “Mançester Yunayted” - “Bornmut”
20:30 “Sanderlend” - “Lids Yunayted”

İtaliya Seriya A, səkkizinci tur
15:30 “İnter” - “Fiorentina”
18:00 “Atalanta” - “Frozinone”
18:00 “Cenoa” - “Venesiya”
21:00 “Leççe” - “Yuventus”
23:45 “Udineze” - “Milan”

Almaniya Bundesliqası, yeddinci tur
18:30 “Hoffenhaym” - “Bayer Leverkuzen”
20:30 “Frayburq” - “Bavariya”

Fransa Liqa 1, səkkizinci tur
18:00 “Monako” - “Lill”
20:15 “Anje” - “Lorian”
20:15 “Oser” - “Le Man”
20:15 “Marsel” - “Havr”
20:15 “Renn” - “Strasbur”
20:15 “Tuluza” - “Trua”

Türkiyə Superliqası, doqquzuncu tur
17:00 “Konyaspor” - “Gənclərbirliyi”
20:00 “Göztəpə” - “Çorum”

İdman.Biz