Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “İnter”ə qarşı 2:1 hesablı qələbə qazandıqları matç barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Mourinyo komandasının birinci hissədə daha yaxşı oynadığını bildirib.
“Düşünürəm ki, futbolçular fantastik iş görüblər və çətin şəraitdə ağır matçda qalib gəliblər. Bu, darıxdırıcı görüş deyildi.
Birinci hissənin son dəqiqəsində 3:0 öndə ola və hesabı ehtimal ki, 4:0 və ya 5:0-a çatdıra bilərdik. Futbolçularımı tərifləmək istəyirəm, çünki pressinq komandanın məşq etdiyi əsas məqamlardan biridir. Pressinq üçün anları, necə pressinq etməyi, harada pressinq etməyi və hansı oyunçuları sıxışdırmağı seçirik”, – deyə Mourinyo deyib.
Növbəti turda “Real” oktyabrın 14-də səfərdə “Roma” ilə qarşılaşacaq.
