“Çelsi” “Stemford Bric”i dəyişir

Xəbərlər
6 Mart 2024 18:49
185
“Çelsi” “Stemford Bric”i dəyişir

“Çelsi” rəhbərliyi yeni stadionun tikintisi barədə düşünür.

İdman.biz xəbər verir ki, London klubu iki variant üzərində işləyir.

İlkin variant “Semford Bric”in yerində yeni stadionun inşası ola bilər. Bu, təxminən 6 il sürə bilər. Həmin zaman kəsiyində komanda öz oyunlarını başqa arenada keçirəcək.

Digər variant yeni ərazidə stadionun tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, mövsümü uğursuz keçirən “zadəganlar” İngiltərə Premyer Liqasında 11-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: