“İnter”in baş məşqçi planı

Xəbərlər
3 Mart 2024 13:27
203
“İnter”in baş məşqçi planı

“İnter” baş məşqçi Simeone İnzagi ilə müqavilə müddəti artırmağı planlayır.

İdman.biz xəbər verir ki, Milan klubu ona 2027-ci ilin yayına kimi razılaşma təklif edəcək.

Yeni əməkdaşlığın şərtlərinə görə, İnzaginin mavacibi artırılacaq. 47 yaşlı mütəxəssislə klub arasında hazırki müqavilə 2025-ci ilin iyununda bitəcək. O, 2021-ci ildən “İnter”ə başçılıq edir.

Qeyd edək ki, “neradzurra” Simoenin rəhbərliyi ilə 2 dəfə İtaliya çempionu olub, 3 dəfə Superkubokunu qazanıb.

İdman.biz

Məqalədə: