Türkiyənin “Trabzonspor” futbol komandasının misirli ulduzu Məhəmməd Salahın səfərindən sonra böyük maraq görən Kurtdere yaylasında onun fotosunu çəkdirdiyi daşın yanındakı skamya və lövhənin oğurlandığı bildirilir.
İdman.Biz xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb. Salah bir müddət əvvəl yaylada daşın üzərində oturarkən çəkdirdiyi fotoları sosial şəbəkə hesablarında paylaşdıqdan sonra azarkeşlər də həmin əraziyə gələrək eyni daşın yanında şəkil çəkdirməyə başlayıblar.
Bundan sonra əraziyə “Salah Yaylası” yazılmış lövhə qoyulub, Trabzon Böyükşəhər Bələdiyyəsinin əməkdaşları isə daşın yanına skamya yerləşdiriblər. Lakin sonradan həm skamyanın, həm də lövhənin naməlum şəxs və ya şəxslər tərəfindən aparıldığı bildirilib.

Yerli sakinlər öz imkanları hesabına daşın yanına “Məhəmməd Salah daşı” yazılan yeni lövhə yerləşdiriblər. Onların sözlərinə görə, skamya və lövhə ötən axşam oğurlanıb.
Sakinlər əraziyə təhlükəsizlik kamerası quraşdıracaqlarını və yeni lövhənin qısa müddətdə yaylada yerləşdiriləcəyini bildiriblər.


