Til “Bavariya”da qalacaq

Xəbərlər
26 Fevral 2024 21:32
120
Til “Bavariya”da qalacaq

“Bavariya” 18 yaşlı yarımmüdafiəçi Matis Tillə yeni müqavilə bağlamaq arzusundadır.

İdman.biz xəbər verir ki, bunun üçün futbolçunun meneceri ilə ilkin görüş keçirilib.

Qadiri Kamara ilə görüşdə Münhen klubunun rəhbərliyi Tillə bağlı gələcək planlarını bölüşüb. İdman direktoru Kristof Froynd Matislə yeni razılaşma əldə olunacağını bildirib. Gənc oyunçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.

Qeyd edək ki, fransalı futbolçunun “Bavariya” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, 29 oyunda 6 qol və 4 ötürmə ilə yadda qalıb.

İdman.biz

Məqalədə: