“Liverpul” 10-cu dəfə

Xəbərlər
25 Fevral 2024 21:51
547
“Liverpul” 10-cu dəfə

İngiltərə Liqas kubokunun 2023/2024 mövsümünün qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, “Liverpul” finalda “Çelsi”yə qalib gəlib.

“Uembli” stadionunda qarşılaşmanın qalibi əlavə vaxtda müəyyənləşib. 118-ci dəqiqədə Virgil van Deyk dəqiq zərbə ilə topu qapıdan keçirib.

“Liverpul” tarixində 10-cu dəfə Liqa kubokunun qalibi olub. “Qırmızılar” bu göstəricidə bütün rəqiblərini qabaqlayırlar. “Mançester Siti” 8, “Mançester Yunayted” 6 dəfə kuboku başı üzərinə qaldırıb. 4-cü dəfə finalda “Çelsi” 5 dəfə turnirdə qalib olub.

İdman.biz

Məqalədə: