Qvardiola yığmada işləməyi arzulayır

Xəbərlər
22 Fevral 2024 22:38
154
Qvardiola yığmada işləməyi arzulayır

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola nəvaxtsa yığmada işləmək arzusundadır.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis öz bu barədə danışıb.

Qvardiola işləmək istədiyi ölkənin adını çəkməyib: “Mən dünya və Avropa çempionatlarında, Amerika kubokunda iş təcrübəsi qazanmaq istərdim. Bunu sınamaq istəyirəm. 5, 10, 15 ildən sonra yığma komanda ilə titul uğrunda yarışmaq arzusundayam. Milliyə gəlincə, bilmirəm kim məni dəvət edərdi”.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis “Mançester Siti” dən əvvəl “Barselona və “Bavariya”da işləyib.

İdman.biz