İlkaydan potensial namizədə tərif

Xəbərlər
20 Fevral 2024 19:12
122
İlkaydan potensial namizədə tərif

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan Hans-Diter Flikin komandaya rəhbərlik edəcəyi xəbərlərə münasibət bildirib.

İdman.biz xəbər verir ki, almaniyalı futbolçu həmyerlisini dahi mütəxəssis adlandırıb.

Flikin rəhbərliyi altında Almaniya yığmasında çıxış edən İlkay onun müsbət keyfiyyətləri haqqında danışıb: “Flik “Barselona”da? Bu məsələ mənim səlahiyyətimdə deyil, amma Hansın yalnız insan kimi deyil, həm də məşqçi kimi dahidir. O, milli komandaya asan dövrdə rəhbərlik etməyib. Flik futbolçularla dürüst idi və buna görə ona hörmət edirəm”.

Qeyd edək ki, Hans-Diter ötən ilin sentyabrında Almaniya yığmasından istefaya göndərilib. O, 2019-2021-ci illərdə “Bavariya” ilə 7 titul qazanıb, onlardan biri Çempionlar Liqası kuboku olub.

İdman.biz

Məqalədə: