ABŞ-li jurnalist Bosniya sözlərinə görə üzr istədi - FOTO

29 İyun 2026 08:13
81
ABŞ-li jurnalist Bosniya sözlərinə görə üzr istədi - FOTO

ABŞ-li jurnalist Ebiqeyl Veles Bosniya və Herseqovina barədə dediyi sözlərə görə üzr istəyib.

İdman.Biz xəbər verir ki, ABC 7 telekanalının əməkdaşı futbol üzrə DÇ-2026 zamanı canlı efirdə səsləndirdiyi fikirlərə görə sosial media hesabında açıqlama yayıb.

ABŞ millisi turnirin 1/16 finalında Bosniya və Herseqovina ilə qarşılaşacaq. Veles oyunu anons edərkən Bosniyanı xəritədə göstərə bilməyəcəyini, bu ölkə barədə heç nə bilmədiyini və bilmək də istəmədiyini deyib. O, həmçinin ABŞ millisinin çox güclü olduğunu vurğulayaraq rəqibə meydan oxuyan ifadə işlədib.

Jurnalist sonradan açıqlamasına görə üzr istəyib:

“Dünya çempionatında bir az əylənmək üçün uğursuz cəhd zamanı həddi aşdım və canlı efirdə düşünülməmiş, nəzakətsiz və yersiz şərh verdim. Bosniya xalqından və Bosniya komandasından üzr istəyirəm. Dünya çempionatı bütün dünyada icmaları birləşdirməlidir və mənim şərhim bu ruha uyğun deyil. Bütün komandalara dünya çempionluğu yolunda uğurlar arzulayıram”.

Qeyd edək ki, DÇ-2026-nın 1/16 final mərhələsinin ABŞ - Bosniya və Herseqovina oyunu 1 iyulda San-Fransiskoda keçiriləcək.

İdman.Biz