Kanada millisinin baş məşqçisi futbolçulara vəzifələrini xatırladıb

29 İyun 2026 02:43
95
Kanada millisinin baş məşqçisi futbolçulara vəzifələrini xatırladıb

Futbol üzrə Kanada millisinin baş məşqçisi Cessi Marş DÇ-2026-nın 1/16 finalında CAR-a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra futbolçularına müraciət edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının paltardəyişmə otağında emosional çıxış edib.

Marş futbolçularına son iki ildə keçilən yolu xatırladıb:

“Uşaqlar, birlikdə keçirdiyimiz bu iki ili düşünün. Plana sadiq qalmaq, özümüz kimi olmaq, aqressiv oynamaq, oyunun keyfiyyətini dəyərləndirmək və xarakter göstərmək barədə necə danışdığımızı xatırlayın.

Siz Kanada qəhrəmanlarısınız! Kanada qəhrəmanları! Bu idman növü ilə məşğul olacaq ölkənin gələcək nəsilləri üçün Kanada qəhrəmanlarısınız. Sizin sayənizdə bu idman növünün böyük gələcəyi var. Kim olduğunuzla fəxr etməlisiniz. Bu oyunla fəxr etməlisiniz. Siz qələbə üçün addım-addım mübarizə apardınız. Siz Kanada qəhrəmanlarısınız”.

Qeyd edək ki, Kanada millisi CAR üzərində qələbə sayəsində 1/8 finala yüksəlib.

İdman.Biz