Cənubi Koreyada DÇ-2026 böhranı: Prezident vəziyyətə müdaxilə etdi

29 İyun 2026 04:35
86
Cənubi Koreyada DÇ-2026 böhranı: Prezident vəziyyətə müdaxilə etdi

Futbol üzrə Cənubi Koreya millisində DÇ-2026 ilə vidalaşdıqdan sonra böhran yaşanır.

İdman.Biz xəbər verir ki, ölkə Prezidenti Li Ce Myon komandanın uğursuz çıxışı ilə bağlı araşdırma aparılması üçün göstəriş verib.

Dövlət başçısı İdman Nazirliyindən millinin mundialdakı nəticələri, idarəçilikdə yol verilən səhvlər və baş məşqçi Xon Men Bonun təyinat prosesi ilə bağlı geniş araşdırma tələb edib. Onun fikrincə, komandanın uğursuzluğunda kadr seçimi və təşkilati problemlər əsas rol oynayıb.

Cənubi Koreya millisi A qrupunda Meksika və CAR-a məğlub olub, Çexiyanı isə məğlub edib. Komanda üç xalla üçüncü yeri tutsa da, ən yaxşı üçüncülər sırasına düşə bilməyib və 1/16 finala yüksəlməyib.

Uğursuz nəticədən sonra Xon Men Bo istefa verdiyini açıqlayıb. Mütəxəssis nəticəyə görə məsuliyyəti üzərinə götürüb və azarkeşlərdən üzr istəyib.

Qeyd edək ki, Cənubi Koreyada əsas narazılıqlardan biri heyət seçimi ilə bağlıdır. Xüsusən Son Hın Minin həlledici CAR matçında start heyətində yer almaması ciddi müzakirələrə səbəb olub.

İdman.Biz