İtaliyanın “Napoli” futbol klubu yarımmüdafiəçisi Skott MakTomineyə yeni müqavilə təklif etməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Klub prezidenti Aurelio De Laurentis və idman direktoru Covanni Manna yaxın həftələrdə şotlandiyalı futbolçu ilə görüşərək yeni anlaşmanın şərtlərini müzakirə edəcəklər. MakTomineyin hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Qeyd edək ki, yarımmüdafiəçi Şotlandiya millisinin heyətində DÇ-2026-da çıxış edib. Komanda C qrupunu üçüncü pillədə başa vuraraq turnirlə vidalaşıb.
MakTominey 2024-cü ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan “Napoli”yə keçib. O, 2025/2026 mövsümündə neapolluların heyətində bütün turnirlərdə 44 matç keçirib, 14 qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına görə, futbolçunun transfer dəyəri 40 milyon avrodur (80 milon AZN).
