Ramos 18 ildən sonra "Sevilya"ya qayıdıb

Xəbərlər
4 Sentyabr 2023 21:24
68
Ramos 18 ildən sonra "Sevilya"ya qayıdıb

"Sevilya" "Real"ın və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramosu transfer edib.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Ramos 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə "Sevilya"dan "Real Madrid"ə keçib.

Daha əvvəl futbolçunun maaşında ciddi azalmaya gedəcəyi bildirilib. Tərəflər bir mövsümlük müqavilə imzalayıblar. Müdafiəçi Səudiyyənin "Əl-İttihad" klubu ilə prinsipial razılığa gəldikdən sonra "Sevilya" rəhbərliyi Ramosla əlaqə saxlayıb.

Xatırladaq ki, 37 yaşlı Ramos bu ilin iyununda Fransa PSJ-sindən ayrıldıqdan sonra azad agent statusunda olub. 2022/2023 mövsümündə müdafiəçi PSJ-nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb və 4 qol vurub. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 4,5 milyon avrodur.

Daha əvvəl müdafiəçi ilə Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klublarının da maraqlandığı bildirilib.

İdman.biz