Yubiley matçında qələbə qolu

Xəbərlər
15 Fevral 2024 01:34
392
Yubiley matçında qələbə qolu

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo klub karyerasında 1000-ci oyununu keçirib.

İdman.biz xəbər verir ki, yubiley matçı Asiya Çempionlar Liqasında “Əl-Feyxa” ilə qarşılaşmaya təsadüf edib.

Portuqaliyalı ulduz görüşün taleyini həll edən yeganə qolun müəllifi olub. Kriştiano “Sportinq”də 31, “Mançester Yunayted”də 346, “Real”da 438, “Yuventus”da 134 və “Əl-Nəsr”də isə 51 oyunda meydana çıxıb. O, bu görüşlərdə rəqib qapılarından 746 top keçirib.

Qeyd edək ki, Ronaldo 5 dəfə “Qızıl top” mükafatına sahib çıxıb. O, 3 dəfə İngiltərə, iki dəfə isə İspaniya və İtaliya çempionu olub, həmçinin 5 dəfə Çempionlar Liqası kubokunu qazanıb.

İdman.biz

Məqalədə: