“Qarabağ”ın futbolçusu Ermənistanla oyunlara çağırılıb

14 Sentyabr 2026 19:40
85
“Qarabağ”ın futbolçusu Ermənistanla oyunlara çağırılıb

“Qarabağ”ın futbolçusu Marko Yankoviç UEFA Millətlər Liqasının 2026/27 mövsümündə Ermənistanla iki matç keçirəcək Monteneqro millisinə dəvət alıb.

İdman.Biz xəbər verir ki, Monteneqro yığmasının baş məşqçisi Mirko Vuçiniç 31 yaşlı futbolçunu qarşıdakı beynəlxalq tsikl üçün açıqlanan 26 nəfərlik heyətə daxil edib.

Ermənistanla ilk oyun sentyabrın 28-də İrəvanda keçiriləcək. Cavab qarşılaşması isə oktyabrın 5-də Podqoritsada baş tutacaq.

Ümumilikdə qarşıdakı tsikl çərçivəsində Monteneqro millisi dörd oyun keçirəcək. Vuçiniçin komandası sentyabrın 25-də Kipri qəbul edəcək, sentyabrın 28-də səfərdə Ermənistanla qarşılaşacaq, oktyabrın 2-də Latviyanın qonağı olacaq, oktyabrın 5-də isə doğma meydanda Ermənistan millisi ilə üz-üzə gələcək.

Monteneqro yığması Millətlər Liqasının oyunlarına hazırlığa sentyabrın 20-də başlayacaq.

İdman.Biz