“Barselona” Jerar Martinlə yeni müqavilə üçün danışıqlara başlayıb

14 Sentyabr 2026 19:27
68
“Barselona” Jerar Martinlə yeni müqavilə üçün danışıqlara başlayıb

“Barselona” futbol klubu Jerar Martinin müqaviləsinin yenilənməsi ilə bağlı ilkin danışıqlara başlayıb.

İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, klubla 24 yaşlı futbolçunun nümayəndələri arasında ilkin fikir mübadiləsi baş tutub.

Martin 2025-ci ilin yanvarında müqaviləsini yeniləyib. Hazırkı anlaşmaya əsasən, müdafiəçi 2028-ci ilin iyununa qədər “Barselona”ya məxsusdur.

Klub futbolçunun Hansi Flikin rəhbərliyi altında əsas komandanın vacib üzvlərindən birinə çevrilməsindən sonra onun müqavilə şərtlərini yeniləmək istəyir.

Müdafiəçi sol cinahda və ya mərkəzdə çıxış edə bilir və Flikin rəhbərliyi altında mütəmadi olaraq meydana çıxır.

Martin 2023-cü ildə “Kornelya”dan “Barselona”ya transfer olunub.

İdman.Biz