Massimiliano Alleqri Marçello Lippiyə çatıb

Xəbərlər
13 Fevral 2024 10:58
310
Massimiliano Alleqri Marçello Lippiyə çatıb

Massimiliano Alleqri “Yuventus”un baş məşqçisi postunda keçirdiyi oyunların sayında Marçello Lippiyə çatıb.

İdman.biz xəbər verir ki, A seriyasının XXIV turunun “Udineze” ilə matçı mütəxəssisin bu postda 405-ci oyunu olub.

Alleqri və Lippi bu göstəricidə klub tarixində 2-ci yeri bölüşürlər. Mütləq rekord isə Covanni Trapattoniyə məxsusdur. Onun hesabında 596 oyun var.

Qeyd edək ki, “Yuventus” ev oyununda 0:1 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: