“Jirona” yenə “Real”a uduzub

Xəbərlər
10 Fevral 2024 23:51
193
“Jirona” yenə “Real”a uduzub

İspaniya La Liqası 24-cü turunda liderlər üz-üzə gəliblər.

İdman.biz xəbər verir ki, Madrid “Real”ı öz meydanında darmadağınla qalib gəlib.

Karlo Ançelottinin yetirmələri “Jirona”nın qapısından 4 cavabsız top keçiriblər. Mövsümün sürpriz komandası olan Kataloniya təmsilçisi növbəti dəfə Madrid klubuna boyun əyib. İlk dövrədə 0:3 hesabı ilə uduzan “Jirona” mövsümdə ikinci məğlubiyyəti də “Real”dan alıb. İndi o, liderdən 5 xal geri qalır.

Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda mübarizə aparan “Real Sosyedad” öz meydanında “Osasuna”ya uduzub.

İspaniya La Liqası
24-cü tur

Alaves – Vilyarreal – 1:1
Real Sosyedad – Osasuna – 0:1
Real Madrid – Jirona – 4:0

İdman.biz