İnzagi yol üstündə

Xəbərlər
10 Fevral 2024 20:12
130
İnzagi yol üstündə

Uğursuz nəticələr göstərən “Salernitana” baş məşqçi ilə yollarını ayırmağa hazırlaşır.

İdman.biz xəbər verir ki, klub rəhbərliyi Filippo İnzagi haqqında qərar verəcək.

Dünən A Seriyasında öz meydanında “Empoli”yə uduzan “Salernitana” turni cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Ötən ilin oktryabrında komandaya baş məşqçi təyin olunan İnzagi uğursuz nəticələrlə yadda qalıb. Salernitanalılar onun rəhbərliyi altında keçirdikləri 18 matçda 3 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb, 11 dəfə uduzub.

Qeyd edək ki, “Salernitana” 24 turdan sonra 13 xal toplayıb. Komanda növbəti turda “İnter”in qonağı olacaq.

İdman.biz