Millətlər Liqası: Türkiyəyə münasib rəqiblər - QRUPLAR

Xəbərlər
8 Fevral 2024 22:09
232
Millətlər Liqası: Türkiyəyə münasib rəqiblər - QRUPLAR

Bu gün Parisdə UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün püşkatması keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması C Liqasında 1-ci qrupda yer alıb.

Millimiz İsveç, Slovakiya və Estoniya komandaları ilə yarışacaq.

A Liqasında favoritlər eyni qrupda yer alıblar. İtaliya, Belçika və Fransa 2-ci qrupda ilk pillə uğrunda qüvvəsini sınayacaq.

B Liqasında yarışan Türkiyəyə uyğun rəqiblər düşüb. "Ay ulduzlular" Uels, İslandiya və Montenqro yığmaları ilə mübarizə aparacaq.

UEFA Millətlər Liqası
A Liqası

1-ci qrup: Xorvatiya, Portuqaliya, Polşa, Şotlandiya
2-ci qrup: İtaliya, Belçika, Fransa, İsrail
3-cü qrup: Niderland, Macarıstan, Almaniya, Bosniya və Hersoqovina
4-cü qrup: İspaniya, Danimarka, İsveçrə, Serbiya

B Liqası
1-ci qrup: Çexiya, Ukrayna, Albaniya, Gürcüstan
2-ci qrup: İngiltərə, Finlandiya, İrlandiya, Yunanıstan
3-cü qrup: Avstriya, Norveç, Sloveniya, Qazaxıstan
4-cü qrup: Uels, İslandiya, Monteneqro, Türkiyə

D Liqası
1-ci qrup: Litva/Cəbəllütariq, San-Marino, Lixtenşteyn
2-ci qrup: Moldova, Malta, Andorra

İdman.biz