Türkiyədə UEFA Çempionlar Liqasının “Fənərbağça” - “Roma” matçından əvvəl qara bazarda biletlərin satışına qarşı əməliyyat keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə İstanbul Anadolu Baş Prokurorluğu məlumat yayıb.
Aparılan araşdırma çərçivəsində sosial şəbəkələrdə qarşılaşmaya qanunsuz yollarla bilet satışı ilə bağlı elan yerləşdirən altı şübhəli müəyyənləşdirilib.
4 ayrı şəhərdə şübhəlilərin ünvanlarında axtarış və müsadirə əməliyyatları keçirilib. Nəticədə 5 nəfərin saxlanılması barədə qərar verilib.
Araşdırılmanın davam etdirildiyi bildirilir.
Əlavə edək ki, “Fənərbağça” - “Roma” qarşılaşması Bakı vaxtı ilə 20:45-də başlayacaq.
