“Barselona” De Yonqla bağlı qəti qərar verib

10 Sentyabr 2026 15:54
77
“Barselona” De Yonqla bağlı qəti qərar verib

İspaniyanın “Barselona” futbol klubunun rəhbərliyi Frenki de Yonqu transferə çıxarıb və qış transfer pəncərəsində niderlandlı yarımmüdafiəçi ilə yolları ayırmağı planlaşdırır.

İdman.Biz bu barədə “De Telegraaf” nəşrinə istinadən məlumat yayıb.

Niderlandın nüfuzlu nəşri kataloniya klubunun futbolçu üçün 50 milyon avro sabit transfer məbləği və 15 milyon avro bonus tələb etdiyini təsdiqləyib.

Beləliklə, De Yonqun mümkün transferinin ümumi dəyəri 65 milyon (128 milyon manat) avro təşkil edə bilər.

“Barselona”nın idman direktoru Deko və klub prezidenti Joan Laporta artıq futbolçuya alıcı axtarırlar. Onların əsas diqqəti İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı Pro Liqası klublarının maliyyə imkanlarına yönəlib.

İdman.Biz