“Kəpəz” və “Qəbələ” futbol komandaları arasında keçiriləcək Misli Premyer Liqasının beşinci tur matçına bilet satışı davam edir.
İdman.Biz xəbər verir ki, sentyabrın 12-də baş tutacaq qarşılaşmaya indiyədək 3500 bilet satılıb.
Futbol həvəskarları biletləri həm iTicket.az saytı vasitəsilə, həm də matçın keçiriləcəyi Gəncə Şəhər Stadionunun kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti 2-20 manat arasında dəyişir.
Oyun günü stadionun qapıları start fitindən 1,5 saat əvvəl - saat 16:00-da açılacaq.
