“Boluspor”da Vüsal İsgəndərliyə rəqib – “9” nömrə

Xəbərlər
8 Fevral 2024 18:13
158
“Boluspor”da Vüsal İsgəndərliyə rəqib – “9” nömrə

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” heyətini yeni hücumçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, Türkiyə 1-ci liqa təmsilçisi serbiyalı hücumçu Petar Qiqiçi heyətinə qatıb.

27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Yeni klubunda “9” nömrəli formanı geyinəcək Qiqiçin Bolu təmsilçisinə yerli “Yavor”dan gəlib.

Qeyd edək ki, Qiqiç karyerası ərzində meydana çıxdığı 184 qarşılaşmada 38 qol və 14 asistlə yadda qalıb.

İdman.biz