“Atletiko”nun 28 oyunluq seriyası qırılıb

Xəbərlər
8 Fevral 2024 10:06
166
“Atletiko”nun 28 oyunluq seriyası qırılıb

İspaniyanın “Atletiko” klubunun ev oyunlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

İdman.biz xəbər verir ki, Madrid təmsilçisi İspaniya kubokunun yarımfinal mərhələsinin ilk matçında məğlub olub.

Paytaxt təmsilçisi “Atletik”lə qarşılaşmada 0:1 hesabı ilə uduzub. Dieqo Simeonenin yetirmələri sonuncu ev məğlubiyyətini 2023-cü ilin yanvarında “Barselona” ilə La Liqa matçında almışdı. Həmin görüşün taleyini də bir qol həll etmişdi.

Bu müddətdə 26 qələbə qazanan “Atletiko” iki heç-heçəyə imza atıb. Hər iki sülh “Xetafe” ilə oyunlara təsadüf edib.

Qeyd edək ki, “Atletiko” ilə “Atletik” arasında cavab matçı fevralın 29-da baş tutacaq.

İdman.biz

Məqalədə: