İsrail İrlandiyanın oyunu boykot etməməsinə münasibət bildirdi

26 Sentyabr 2026 23:51
64
İsrail İrlandiyanın oyunu boykot etməməsinə münasibət bildirdi

İsrail Futbol Assosiasiyası (FAİ) İrlandiya millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində İsrailə qarşı keçiriləcək oyunu boykot etməmək qərarına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, İsrail Futbol Assosiasiyası matçın keçirilməsini müsbət qarşılayıb və siyasətlə futbolun ayrı tutulmasının vacibliyini vurğulayıb.

“Bu gün futbolun qalib gəlməsi bizi sevindirir. Futbolla siyasət arasında məsafə saxlamaq mütləqdir. İrlandiya Futbol Assosiasiyası (İFA) və milli komandanın futbolçuları – bir qədər gecikmə ilə olsa da – bunu dərk edərək doğru addım atdılar. Gec olsaydı da, heç vaxt olmamaqdan yaxşıdır.

Bu gün uduzanlar isə qorxu yaratmağa, nifaq salmağa və futbol meydançasını siyasi arenaya çevirməyə çalışanlar oldu. UEFA, İFA və FAI birlikdə buna imkan vermədilər.

Ev sahibi tərəf kimi fəxr edirik ki, sabah saat 21:45-də (Bakı vaxtı ilə 22:45) start fiti səslənəcək. Qoy meydanda ən güclü qalib gəlsin. Təbii ki, qələbənin bizə nəsib olacağına ümid edirik və buna görə bizi sərt mühakimə etməməyinizi xahiş edirik.

Bayraqlar qaldırılacaq, himnlər səslənəcək, hər iki komandanın futbolçuları və məşqçiləri isə bir-birlərinin əlini sıxaraq qarşılıqlı hörmət nümayiş etdirə biləcəklər”, – deyə İsrail Futbol Assosiasiyasının “X” sosial şəbəkəsindəki bəyanatında bildirilib.

Tərəflər arasında görüş sentyabrın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək.

İdman.Biz