Mərakeş millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Qabona 2:0 hesabı ilə qalib gəlib. İsmael Saibari isə qarşılaşmada heyətdə yer almayıb.
İdman.Biz “FCB Inside”yə istinadən xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi Mərakeş və Seneqal arasında 2026-cı ilin yanvarında keçirilən Afrika Millətlər Kubokunun finalındakı insidentə görə cəza çəkib.
Final zamanı güclü yağış yağarkən mərakeşli topdaşıyan uşaqlar Seneqalın qapıçısı Eduar Mendinin dəsmalını götürməyə cəhd ediblər. Saibari və Əşrəf Hakimi də qısa müddətə bu prosesə qoşulublar. Saibari daha sonra hərəkətini “səhv” adlandıraraq üzr istəyib.
25 yaşlı futbolçuya əvvəlcə CAF yarışlarından 2 oyunluq cəza verilib. Bu səbəbdən Saibari Mərakeşin növbəti beynəlxalq matçında meydana çıxa biləcək.
Afrika Kubokunun finalının nəticəsi isə hələ yekunlaşmayıb. Seneqal meydanda qalib gəlsə də, Mərakeş tərəfinin şikayətindən sonra qərar dəyişdirilib. Seneqal bu qərardan apellyasiya verib. İdman Arbitraj Məhkəməsi (CAS) yekun qərarını oktyabrın 8-də açıqlayacaq.
